Dövlət Proqramı çərçivəsində yeni tədris ili üçün sənəd qəbuluna başlanılacaq
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2024-2025-ci tədris ili üzrə sənəd qəbuluna yaxın günlərdə start veriləcək. Elm və Təhsil Nazirliyindən məlumat verilib ki, müraciət portal.edu.az şəxsi kabineti üzərindən həyata keçiriləcək. Siyahı 15 prioritet ixtisas sahələri üzrə dünyanın 28 ölkəsinin 179 nüfuzlu universitetində tədris olunan ümumilikdə 3993 təhsil proqramını əhatə edir.
url:
http://www.kepezfm.az/xeberler/d%C3%B6vl%C9%99t-proqram%C4%B1-%C3%A7%C9%99r%C3%A7iv%C9%99sind%C9%99-yeni-t%C9%99dris-ili-%C3%BC%C3%A7%C3%BCn-s%C9%99n%C9%99d-q%C9%99buluna-ba%C5%9Flan%C4%B1lacaq