Dünya çempionatı: Azərbaycan cüdoçuları mübarizəyə başlayır
Azərbaycanın daha üç cüdoçusu bu gün Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq. Xədicə Qədəşova 57, Hidayət Heydərov və Rəşid Məmmədəliyev isə 73 kiloqram çəki dərəcəsində tatamiyə çıxacaq.Təsnifat mərhələsi saat 10:30-da, final bloku isə 18:00-da başlayacaq.Qeyd edək ki, Əhməd Yusifov dünya çempionatının ilk günündə qızıl medal qazanıb. Bu, Azərbaycan cüdoçusunun böyüklər arasında dünya çempionatlarında dördüncü qızıl medalıdır.
url:
http://kepezfm.az/xeberler/d%C3%BCnya-%C3%A7empionat%C4%B1-az%C9%99rbaycan-c%C3%BCdo%C3%A7ular%C4%B1-m%C3%BCbariz%C9%99y%C9%99-ba%C5%9Flay%C4%B1r

