Dünya çempionatında 1/8 finala vəsiqə uğrunda mübarizə davam edir
2026-cı il FIFA Dünya Çempionatında 1/16 final mərhələsinin növbəti oyunları keçirilib.İspaniya Avstriyanı 3:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. Portuqaliya isə gərgin keçən qarşılaşmada Xorvatiyanı 2:1 hesabı ilə üstələyib.İsveçrə 2:0 hesabı ilə Əlcəzairə qalib gəlib. Bu gün isə mundialda daha üç maraqlı qarşılaşma baş tutacaq. Saat 22:00-da Avstraliya Misirlə, gecə yarı saat 02:00-da Argentina Kabo-Verde ilə, səhər saat 05:30-da isə Kolumbiya Qana ilə üz-üzə gələcək.
url:
http://kepezfm.az/xeberler/d%C3%BCnya-%C3%A7empionat%C4%B1nda-18-finala-v%C9%99siq%C9%99-u%C4%9Frunda-m%C3%BCbariz%C9%99-davam-edir

