Daşkəsəndə bələdiyyə sədri barədə cinayət işi başlanıb
Daşkəsənin Əhmədli kənd bələdiyyəsinin sədri Sərvaz Quliyevin qanunsuz əməlləri barədə rayon prokurorluğunda araşdırma aparılıb. Onun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, habelə torpaq sahəsinin icarəyə verilməsi barədə yalan vədlər verərək dələduzluq yolu ilə vətəndaşa məxsus pul vəsaitini əla keçirməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb.
url:
http://www.kepezfm.az/xeberler/da%C5%9Fk%C9%99s%C9%99nd%C9%99-b%C9%99l%C9%99diyy%C9%99-s%C9%99dri-bar%C9%99d%C9%99-cinay%C9%99t-i%C5%9Fi-ba%C5%9Flan%C4%B1b