UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda bu gün Bakı Olimpiya Stadionunda saat 21:45-də “Sabah” İspaniyanın “Barselona” komandası ilə qarşılaşacaq.“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas oyunöncəsi mətbuat konfransında komandasının görüşə ciddi hazırlaşdığını bildirib. "Biz meydana çıxıb, oyundan zövq almalıyıq. "Barselona"nı dünyada tanımayan yoxdur. Baş məşqçi olaraq rəqib komandada hansısa zəif nöqtələri tapmaq çətindir mənim üçün. Lakin biz layiqli mübarizə aparmağa çalışacağıq",- o, deyib. ""Sabah" La Liqada çıxış etsə, ən yaxşı komandalardan biri olar. Məşqçilərlə birgə bu komandanı təhlil etmişik. Düşünürəm ki, rəqib komanda topla yaxşı oyun sərgiləyir". Bu fikirləri isə “Barselona”nın baş məşqçisi Hans-Diter Flik söyləyib. Almaniyalı mütəxəssis qarşılaşmanın onlar üçün də vacib olduğunu qeyd edərək, Bakıya üç xal qazanmaq məqsədilə gəldiklərini söyləyib.

