Dekabr ayı üçün hava proqnozu açıqlanıb
Dekabr ayında havanın orta aylıq temperaturunun və yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib ki, ayın ilk 5 günü hava şəraitinin nisbətən sabit, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, mülayim cənub-şərq küləyinin arabir güclənəcəyi gözlənilir.
url:
http://www.kepezfm.az/xeberler/dekabr-ay%C4%B1-%C3%BC%C3%A7%C3%BCn-hava-proqnozu-a%C3%A7%C4%B1qlan%C4%B1b