Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs veriblər. Prezidentliyə namizəd Fazil Mustafa 26 saylı Sabunçu birinci seçki dairəsinin 13 saylı məntəqəsində, Qüdrət Həsənquliyev 7 saylı Səbail seçki dairəsinin 38 saylı məntəqəsində, Zahid Oruc 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 18 saylı seçki məntəqəsində, Razi Nurullayev 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin 12 saylı seçki məntəqəsində, Elşad Musayev 19 saylı Nərimanov l seçki dairəsinin 3 saylı seçki məntəqəsində, Fuad Əliyev 34 saylı Xətai II Seçki Dairəsinin 19 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.