DİM məktəblərdə tədrisin keyfiyyəti ilə bağlı narahatedici rəqəmlər açıqlayıb
Dövlət İmtahan Mərkəzi bildirib ki, ortastatistik məzun təhsil proqramının 40-77 faizini mənimsəmir.Qəbul imtahanında iştirak edən abituriyentlər fənlər üzrə test tapşırıqlarının cəmi 23-60 faizinə düzgün cavab veriblər. DİM bunu bir çox məktəblərdə tədrisin keyfiyyəti və müəllim hazırlığı ilə əlaqələndirib. Statistikaya əsasən, ötən il əlaçı kimi məzun olan 513 şagirddən 32-si qəbul imtahanında 100 baldan aşağı, 481-i isə 100-200 bal aralığında nəticə göstərib. Eyni zamanda, attestat qiyməti ŗ" olan bir nəfər 500-700 bal aralığında nəticə əldə edib.
url:
http://kepezfm.az/xeberler/dim-m%C9%99kt%C9%99bl%C9%99rd%C9%99-t%C9%99drisin-keyfiyy%C9%99ti-il%C9%99-ba%C4%9Fl%C4%B1-narahatedici-r%C9%99q%C9%99ml%C9%99r-a%C3%A7%C4%B1qlay%C4%B1b

