DİM mayın 3-də Azərbaycan dili fənni üzrə imtahan keçirəcək

Dövlət İmtahan Mərkəzi mayın 3-də ölkənin 21 şəhər və rayonunda Azərbaycan dili üzrə buraxılış imtahanı keçirəcək.İmtahan 9 və 11-ci sinif şagirdləri, eləcə də əvvəlki illərin məzunları üçün nəzərdə tutulub. Eyni zamanda, qəbul imtahanının ikinci mərhələsinin ilk cəhdi üçün qeydiyyat bu gün başa çatır. Artıq 94 mindən çox abituriyent qeydiyyatdan keçib. İmtahanın II və III qruplar üzrə mayın 24-də, I və IV qruplar üzrə isə iyunun 7-də keçirilməsi planlaşdırılır.Dövlət ümumi təhsil müəssisələrində təhsilini digər dildə davam etdirmək istəyən şagirdlər üçün yeni müsahibə qaydaları da təsdiqlənib.VIII–XI sinif şagirdləri dinləyib-anlama, oxu, danışma və yazı bacarıqları üzrə qiymətləndiriləcək. Şagirdlərə mətnlərin təhlili, fikir bildirmə, yazılı və şifahi nitq bacarıqları üzrə tələblər qoyulacaq. Müsahibədə 12 və daha çox bal toplayanlar uğurlu hesab ediləcək. Nəticələr 5 iş günü ərzində elektron kabinetə göndəriləcək.

url: 
http://kepezfm.az/xeberler/dim-may%C4%B1n-3-d%C9%99-az%C9%99rbaycan-dili-f%C9%99nni-%C3%BCzr%C9%99-imtahan-ke%C3%A7ir%C9%99c%C9%99k
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik