DİM: qəbul imtahanının 2-ci cəhdində iştirak üçün 28 minədək abituriyent qeydiyyatdan keçib
Dövlət İmtahan Mərkəzi ali məktəblərə qəbul imtahanının II mərhələsinin II cəhdinə qeydiyyatın davam etdiyini açıqlayıb.Ümumilikdə 27 min 707 abituriyent qeydiyyatdan keçib.Qeydiyyat prosesi iyunun 8-dək davam edəcək. Abituriyentlər şəxsi kabinetləri vasitəsilə yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçə bilirlər.İmtahanda yalnız qeydiyyatdan keçən şəxslər iştirak edə biləcəklər.II və III qruplar üzrə imtahan iyulun 5-də, I və IV qruplar üzrə isə iyulun 12-də keçiriləcək. III qrup üçün əlavə coğrafiya imtahanı da həmin gün – iyulun 12-də baş tutacaq.
url:
http://kepezfm.az/xeberler/dim-q%C9%99bul-imtahan%C4%B1n%C4%B1n-2-ci-c%C9%99hdind%C9%99-i%C5%9Ftirak-%C3%BC%C3%A7%C3%BCn-28-min%C9%99d%C9%99k-abituriyent-qeydiyyatdan-ke%C3%A7ib

