Hazırda Azərbaycanda ən geniş yayılmış dələduzluq üsullarından biri süni intellekt vasitəsilə səs təqlididir.Bunu Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin şöbə rəisi Ramil Əşrəfov Bakıda keçirilən "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri" adlı forumda bildirib.Bu prosesdə dələduzlar əvvəlcə hədəf seçdikləri vətəndaşın özünə zəng edərək onun səsini yazır və yaxud sosial şəbəkələrdə paylaşılmış video görüntülərdən səs nümunələri əldə edirlər. Daha sonra xüsusi süni intellekt proqramları vasitəsilə həmin şəxsin səsi təqlid edilir. Cinayətkarlar bu saxta səsli proqramlardan istifadə edərək vətəndaşın yaxın qohumlarına zəng edirlər. Nəticədə, zəngi qəbul edən şəxs danışanın həqiqətən öz doğması və yaxud tanışı olduğunu düşünərək tələb olunan vəsaiti dələduzların hesabına köçürür və cinayət baş vermiş sayılır.

