DİN qanunsuz silah-sursatın könüllü təhvil verilməsi üçün vətəndaşlara çağırış edib
Daxili İşlər Nazirliyinin əməkdaşları ölkə üzrə keçirilən əməliyyatlar nəticəsində qanunsuz silah-sursat aşkar edərək götürüblər.Paytaxt və bölgələrdə aparılan tədbirlər zamanı 13 avtomat, 1 tapança, 2 qumbara, 4 tüfəng, 9 patron darağı və 418 ədəd patron aşkar edilib.DİN bildirir ki, qanunsuz silah-sursatın saxlanılması cinayət məsuliyyəti yaradır. Vətəndaşlara belə hallarda polisə məlumat vermək və silahları könüllü təhvil vermək tövsiyə olunur. Əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
url:
http://kepezfm.az/xeberler/din-qanunsuz-silah-sursat%C4%B1n-k%C3%B6n%C3%BCll%C3%BC-t%C9%99hvil-verilm%C9%99si-%C3%BC%C3%A7%C3%BCn-v%C9%99t%C9%99nda%C5%9Flara-%C3%A7a%C4%9F%C4%B1r%C4%B1%C5%9F-edib

