Ehtiyat kadrlar üçün vakant müəllim yerlərinə seçim müddəti uzadılıb
Mədəniyyət Nazirliyi İncəsənət məktəb və mərkəzlərinə vakant müəllim yerlərinə seçim müddətini 5 dekabr 2025-ci ilədək uzadıb. Ümumilikdə 30 müəssisədə 36 vakant yer təqdim olunur. Namizədlər test balına əsasən vakant yerləri seçə bilər və seçim “MyCulture” şəxsi kabineti vasitəsilə həyata keçirilir. 49 bal və yuxarı – bütün respublika üzrə, 42 bal və yuxarı – Bakı istisna, digər şəhər və rayonlar üzrə,
35 bal və yuxarı – Bakı, Gəncə, Sumqayıt və Abşeron istisna, digər regionlar üzrə seçim edə bilərlər. Yerləşdirilmə yalnız namizədin seçdiyi yerlər arasında təsadüfi qaydada aparılacaq, buna görə seçim zamanı diqqətli olmaq vacibdir.
url:
http://kepezfm.az/xeberler/ehtiyat-kadrlar-%C3%BC%C3%A7%C3%BCn-vakant-m%C3%BC%C9%99llim-yerl%C9%99rin%C9%99-se%C3%A7im-m%C3%BCdd%C9%99ti-uzad%C4%B1l%C4%B1b

