Ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb
Yevlax, Bərdə rayonları daxil olmaqla respublikanın 6 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı Baş Prokurorluqda araşdırma aparılıb. Ümumilikdə 311 ədəd ağacın qanunsuz kəsilməsinə əsaslı şübhələr müəyyən edilib. Nəticədə təbiətə 41 min manatdan çox ziyan vurulub. Faktlarla bağlı cinayət işi başlanıb.
url:
http://www.kepezfm.az/xeberler/ekoloji-h%C3%BCquqpozmalarla-ba%C4%9Fl%C4%B1-cinay%C9%99t-i%C5%9Fi-ba%C5%9Flan%C4%B1b