Elçin Quliyev Ermənistanın təxribatı nəticəsində yaralanmış hərbi qulluqçunu ziyarət edib
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Respublika Neyrocərrahiyyə Xəstəxanasında Azərbaycan-Ermənistan şərti dövlət sərhədində Zəngilan rayonu ərazisində Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində yaralanmış əsgər Xəlilzadə Pərviz Ağakişi oğlunu ziyarət edib, müalicəsinin gedişatı ilə maraqlanıb və tezliklə sağalaraq səhhətinin tam bərpa edilməsini arzulayıb. Əsgər Pərviz Xəlilzadə göstərilərən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib və müalicəsi bitdikdən sonra həmin sərhəd döyüş məntəqəsində xidmətini davam etdirmək arzusunda olduğunu ifadə edib.
url:
http://www.kepezfm.az/xeberler/el%C3%A7in-quliyev-erm%C9%99nistan%C4%B1n-t%C9%99xribat%C4%B1-n%C9%99tic%C9%99sind%C9%99-yaralanm%C4%B1%C5%9F-h%C9%99rbi-qulluq%C3%A7unu-ziyar%C9%99t-edib