Elektrik avadanlığından istifadə etməklə qanunsuz balıq ovlayan şəxs saxlanılıb
Qazaxda, Ağstafaçay Su Anbarında qeyri-qanuni balıq ovu ilə məşğul olan şəxs saxlanılıb. Ondan rezin qayıq, avar, elektrik cərəyanını artıran cihaz, balıqovlama vasitəsi, ümumi çəkisi 22 kiloqram olan 95 ədəd daban balığı və digər əşyalar götürülüb. Şəxs barəsində protokol tərtib olunub. Araşdırmalar davam etdirilir.
url:
http://www.kepezfm.az/xeberler/elektrik-avadanl%C4%B1%C4%9F%C4%B1ndan-istifad%C9%99-etm%C9%99kl%C9%99-qanunsuz-bal%C4%B1q-ovlayan-%C5%9F%C9%99xs-saxlan%C4%B1l%C4%B1b