Elektrik avadanlığından istifadə ilə qanunsuz balıq ovlayan şəxs tutulub
Kür çayının Qazax rayon 1-cı Şıxlı kəndindən keçən hissəsində qeyri-qanuni balıq ovlayan şəxs saxlanılıb. Ondan rezin qayıq, elektrik cərəyanını artıran cihaz, 105 ədəd xramulya balığı və digər əşyalar götürülüb. Araşdırmalar davam etdirilir.
url:
http://www.kepezfm.az/xeberler/elektrik-avadanl%C4%B1%C4%9F%C4%B1ndan-istifad%C9%99-il%C9%99-qanunsuz-bal%C4%B1q-ovlayan-%C5%9F%C9%99xs-tutulub