Elektrik cərəyanı iki nəfərin ölümünə səbəb olub
Goranboyun Dəliməmmədli şəhərində, dəmiryol vağzalında qatarın üzərinə çıxan 2014-cü il təvəllüdlü yeniyetmə oğlanı elektrik cərəyanı vuraraq öldürüb. Şəki rayonunun Təpəcənnət kəndində isə Cəfərabad kənd sakini, 1986-cı il təvəllüdlü Bəxtiyar Makarov elektrik cərəyanının vurması nəticəsində həyatını itirib.Faktlarla bağlı araşdırma başlanılıb.
url:
http://kepezfm.az/xeberler/elektrik-c%C9%99r%C9%99yan%C4%B1-iki-n%C9%99f%C9%99rin-%C3%B6l%C3%BCm%C3%BCn%C9%99-s%C9%99b%C9%99b-olub

