Emin Əmrullayev: "Yalnız imtahan nəticələri deyil, uşaqların tərbiyəsi,psixoloji-emosional inkişaf məsələləri də müzakirə olunmalıdır"
Təhsil naziri Emin Əmrullayev "Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti" mövzusunda Bakıda keçirilən konfransda bildirib ki, cəmiyyətimizdə yalnız imtahan nəticələri deyil, eyni zamanda, uşaqların tərbiyəsi, onların psixoloji-emosional inkişaf məsələləri də müzakirə olunmalıdır. “Əsas məsələ ailənin öz övladına ötürdüyü dəyərlərdir. Valideynlərin öz məsuliyyətini dərk etməsi, məktəblə, müəllimlə birgə işləyərək, gənc nəslin inkişafına töhfə verməsi çox əhəmiyyətlidir-, nazir deyib. Emin Əmrullayev qadınların təhsilinin də gələcək nəsillərin inkişafında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
url:
http://kepezfm.az/xeberler/emin-%C9%99mrullayev-yaln%C4%B1z-imtahan-n%C9%99tic%C9%99l%C9%99ri-deyil-u%C5%9Faqlar%C4%B1n-t%C9%99rbiy%C9%99sipsixoloji-emosional

