Erkən nikahın qarşısının alınması ilə bağlı maarifləndirmə işinə din xadimləri cəlb olunmalıdır - Bahar Muradova

Erkən nikahların qarşısının alınması üçün din xadimləri maarifləndirmə işinə cəlb olunmalıdır.Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda keçirilən konfransda bildirib.O qeyd edib ki, erkən nikah qızların təhsil, sağlamlıq və gələcək seçimlərini məhdudlaşdıran ciddi sosial problemdir. Bu baxımdan din xadimlərinin və dini icmaların ailələr və gənclər arasında maarifləndirmə işində iştirakı vacibdir.Milli Məclisin komitə sədri Hicran Hüseynova da axundların ailələrlə birbaşa ünsiyyətinin erkən nikahların qarşısının alınmasına töhfə verə biləcəyini bildirib.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov isə qadınların düzgün dini biliklərə yiyələnməsinin və dini təhsil imkanlarının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.Qeyd edək ki, konfrans qadınlara qarşı zorakılıqla mübarizə üzrə 16 günlük fəallıq kampaniyası ərəfəsində keçirilib.

url: 
http://kepezfm.az/xeberler/erk%C9%99n-nikah%C4%B1n-qar%C5%9F%C4%B1s%C4%B1n%C4%B1n-al%C4%B1nmas%C4%B1-il%C9%99-ba%C4%9Fl%C4%B1-maarifl%C9%99ndirm%C9%99-i%C5%9Fin%C9%99-din-xadiml%C9%99ri-c%C9%99lb
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik