Ermənilərin Ayqut adlandırdığı Gölkənd haqqında mühüm faktlar açıqlanıb

Ermənilərin Ayqut adlandırdığı Gölkənd haqqında tarixi və əhalisi ilə bağlı mühüm faktlar açıqlanıb. “Perished Civilization” saytı məlumat verir ki, indiki Ermənistanın Geğarkunik vilayətində, tarixi Qaraqoyunlu dərəsində yerləşən kənd bir neçə əsr Gölkənd adını daşıyıb. Bəzi çar mənbələrində kənd Qaraqoyunlu kimi qeyd olunub. 1991-ci ilin aprelində isə kəndin adı Ayqut olaraq dəyişdirilib.XIX əsrin müxtəlif dövrlərində Gölkənddə əsasən azərbaycanlıların əcdadları yaşayıb. 1920-ci ildə Gölkənd sakinləri Azərbaycana, Qazax qəzasına sığınıblar. Sonrakı illərdə kənddə azərbaycanlı əhali yenidən məskunlaşıb.1980-ci illərin sonlarında azərbaycanlı əhali Ermənistan ərazisindən deportasiya edilib.2021–2024-cü illərdə aparılan sahə tədqiqatları zamanı Gölkənddə iki azərbaycanlı qəbiristanlığı da aşkarlanıb. Qəbiristanlıqlarda onlarla məzar daşı, o cümlədən üzərində ərəb dilində yazılar olan nümunələr müəyyən edilib.Məlumat “Qərbi Azərbaycanın yaddaş yerləri” adlı tədqiqat çərçivəsində toplanıb. Layihə zamanı müasir Ermənistan ərazisində azərbaycanlıların əcdadlarının yaşadığı yüzlərlə yaşayış məntəqəsi barədə məlumatların sənədləşdirildiyi bildirilir.

url: 
http://kepezfm.az/xeberler/erm%C9%99nil%C9%99rin-ayqut-adland%C4%B1rd%C4%B1%C4%9F%C4%B1-g%C3%B6lk%C9%99nd-haqq%C4%B1nda-m%C3%BCh%C3%BCm-faktlar-a%C3%A7%C4%B1qlan%C4%B1b
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik