Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci il oktyabrın 28-də Ermənistan silahlı qüvvələri Bərdədə mülki əhalinin sıx yaşadığı əraziləri, yaşayış binalarını və ticarət obyektlərini “Smerç” raketləri ilə atəşə tutub. Hücum nəticəsində 20 mülki şəxs və Fövqəladə Hallar Nazirliyinin bir əməkdaşı şəhid olub, 70-ə yaxın insan yaralanıb. Mülki obyektlərə və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
url:
http://kepezfm.az/xeberler/erm%C9%99nistan%C4%B1n-b%C9%99rd%C9%99d%C9%99-t%C3%B6r%C9%99tdiyi-terrordan-6-il-%C3%B6t%C3%BCr

