"Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var" Prezident İlham Əliyev
Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Bu fikirləri Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən deyib. Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcud olduğunu diqqətə çatdırıb. Dövlət başçısı Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna biləcəyini vurğulayıb.
url:
http://www.kepezfm.az/xeberler/erm%C9%99nistan%C4%B1n-m%C3%BCst%C9%99qillik-haqq%C4%B1nda-b%C9%99yannam%C9%99sind%C9%99-az%C9%99rbaycan%C4%B1n-%C9%99razi-b%C3%BCt%C3%B6vl%C3%BCy%C3%BCn%C3%BCn