Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup Bakıya səfər edib
Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup Azərbaycan paytaxtına səfər edib. Bu səfər 21–22 oktyabr 2025-ci il tarixlərində Azərbaycan nümayəndə heyətinin Ermənistan paytaxtına səfərinə cavab olaraq həyata keçirilir. Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri 8 avqustda Vaşinqtonda qəbul edilmiş Birgə Bəyanatdan sonra müəyyənləşdirilmiş sülh gündəliyi çərçivəsində dialoqu davam etdirirlər.
url:
http://kepezfm.az/xeberler/erm%C9%99nistan%C4%B1n-v%C9%99t%C9%99nda%C5%9F-c%C9%99miyy%C9%99ti-n%C3%BCmay%C9%99nd%C9%99l%C9%99rind%C9%99n-ibar%C9%99t-qrup-bak%C4%B1ya-s%C9%99f%C9%99r-edib

