"Ermənistanın yeganə yolu Azərbaycanın bütün şərtlərini qəbul etməkdir" Prezident İlham Əliyev
Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalı azad olunmadan biz sakitləşə bilməzdik”. Bu fikri Prezident İlham Əliyev Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirib. Dövlət başçısı Ermənistan və onun havadarlarına səslənərək Ermənistanın yeganə yolunun Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkmək olduğunu vurğulayıb. "Bu gün Xocalıda olmağımız tarixi ədalətin tam bərpası deməkdir. Bu gün Xocalı qurbanlarının ruhu şaddır" - deyə Prezident İlham Əliyev qeyd edib.
url:
http://www.kepezfm.az/xeberler/erm%C9%99nistan%C4%B1n-yegan%C9%99-yolu-az%C9%99rbaycan%C4%B1n-b%C3%BCt%C3%BCn-%C5%9F%C9%99rtl%C9%99rini-q%C9%99bul-etm%C9%99kdir-prezident-ilham