Ermənistan Baş naziri: “Qarabağ hərəkatı” mövzusu əbədi bağlanmalıdır
Ermənistanın Baş naziri Nikol Paşinyan “Qarabağ hərəkatı” mövzusunun artıq bağlanmalı olduğunu bəyan edib. Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan Alma-Ata bəyannaməsi əsasında qarşılıqlı olaraq ərazi bütövlüyünü və suverenliyi tanıyıb və bu məsələ onun üçün qapalıdır. Baş nazir bu siyasəti davam etdirəcəyini vurğulayıb.
url:
http://kepezfm.az/xeberler/erm%C9%99nistan-ba%C5%9F-naziri-%E2%80%9Cqaraba%C4%9F-h%C9%99r%C9%99kat%C4%B1%E2%80%9D-m%C3%B6vzusu-%C9%99b%C9%99di-ba%C4%9Flanmal%C4%B1d%C4%B1r

