Ermənistan sözdə deyil, əməldə beynəlxalq öhdəliklərə riayət etməlidir. Ayxan Hacızadə
Ermənistan Azərbaycana qarşı siyasi manipulyasiya dolu fikirlər əvəzinə, sözdə deyil, əməldə beynəlxalq öhdəliklərə riayət etməli və sülh prosesinə töhfə verməlidir. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözcüsü Ayxan Hacızadə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın müsahibəsinə münasibət bildirərkən deyib. Ermənistanın populist çıxışlarının bölgədə əməkdaşlığa heç bir töhfə vermədiyini vurğulayıb.
url:
http://www.kepezfm.az/xeberler/erm%C9%99nistan-s%C3%B6zd%C9%99-deyil-%C9%99m%C9%99ld%C9%99-beyn%C9%99lxalq-%C3%B6hd%C9%99likl%C9%99r%C9%99-riay%C9%99t-etm%C9%99lidir-ayxan-hac%C4%B1zad%C9%99