Ermənistana Rusiya taxılı daşıyan yük qatarı Biləcəridən yola düşüb
Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 5 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.Taxılın ümumi çəkisi 349 tondur.Sonuncu dəfə martın 25-də Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 350 ton Rusiya buğdası göndərilib.
url:
http://kepezfm.az/xeberler/erm%C9%99nistana-rusiya-tax%C4%B1l%C4%B1-da%C5%9F%C4%B1yan-y%C3%BCk-qatar%C4%B1-bil%C9%99c%C9%99rid%C9%99n-yola-d%C3%BC%C5%9F%C3%BCb

