ETİHİ Göygöl Rayon Komitəsi “Kəpəz” Müstəqil Teleradio Şirkətinin kollektivini təbrik edib
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Göygöl Rayon Komitəsinin sədri Elnur Hacıyev Azərbaycan Televiziyası və Radiosunun 100 illik yubileyi münasibətilə “Kəpəz” Müstəqil Teleradio Şirkətinin kollektivini təbrik etmək məqsədilə şirkətdə olub.Görüş zamanı Azərbaycan milli mediasının inkişafında televiziya və radio sahəsində çalışan əməkdaşların xidmətləri vurğulanıb, “Kəpəz” Müstəqil Teleradio Şirkətinin kollektivinə fəaliyyətlərində uğurlar, yeni yaradıcılıq nailiyyətləri və davamlı inkişaf arzulanıb.Təbrik çərçivəsində şirkətin Baş direktoru Fuad Cabarovla görüş keçirilib, yubiley münasibətilə təbriklər çatdırılıb. ETİHİ Göygöl Rayon Komitəsi tərəfindən Fuad Cabarova xatirə plaketi təqdim olunub.
url:
http://kepezfm.az/xeberler/etihi-g%C3%B6yg%C3%B6l-rayon-komit%C9%99si-%E2%80%9Ck%C9%99p%C9%99z%E2%80%9D-m%C3%BCst%C9%99qil-teleradio-%C5%9Firk%C9%99tinin-kollektivini-t%C9%99brik-edib

