ETX: “1000-ə yaxın vətəndaş “WhatsApp” hesabının ələ keçirilməsi ilə bağlı müraciət edib”
Son bir gündə Azərbaycanda 1000-ə yaxın vətəndaş “WhatsApp” hesablarının ələ keçirilməsi ilə bağlı Elektron Təhlükəsizlik Xidmətinə müraciət edib. Qurumdan bildirilib ki, məsələnin araşdırılması məqsədilə tətbiqin inzibatçı şirkəti ilə danışıqlar aparılır. Vətəndaşlara mövcud hesablarının təhlükəsizliyini gücləndirmək üçün ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirməyi, tanımadıqları şəxslərdən göndərilən şübhəli keçidlərə daxil olmamağı, tətbiqin ən son versiyasını yükləməyi tövsiyə edir.
url:
http://www.kepezfm.az/xeberler/etx-%E2%80%9C1000-%C9%99-yax%C4%B1n-v%C9%99t%C9%99nda%C5%9F-%E2%80%9Cwhatsapp%E2%80%9D-hesab%C4%B1n%C4%B1n-%C9%99l%C9%99-ke%C3%A7irilm%C9%99si-il%C9%99-ba%C4%9Fl%C4%B1-m%C3%BCraci%C9%99t-edib%E2%80%9D