Evdən qızıl-zinət əşyaları oğurlayıb maşın alan şəxs tutuldu
Kürdəmirdə yerləşən mənzillərin birindən ümumi dəyəri 7 min manat olan qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 40 yaşlı Nazir Qasımov saxlanılıb.Araşdırmalarla saxlanılan şəxsin həmin qızılları paytaxt ərazisində yerləşən qızıl-zinət əşyalarının alqı-satqısı məntəqələrinin birində satdığı və əldə etdiyi pullarla avtomobil aldığı müəyyən edilib.Faktla bağlı onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
url:
http://kepezfm.az/xeberler/evd%C9%99n-q%C4%B1z%C4%B1l-zin%C9%99t-%C9%99%C5%9Fyalar%C4%B1-o%C4%9Furlay%C4%B1b-ma%C5%9F%C4%B1n-alan-%C5%9F%C9%99xs-tutuldu-0

