Füzuli, Laçın və Zəngilanda hərbçilərin Zəfər yürüşləri keçiriləcək
Zəfər Günü ilə əlaqədar Gəncə, Bərdə, Füzuli, Laçın şəhərlərində və Zəngilan rayonunda Zəfər yürüşləri keçiriləcək. Müdafiə Nazirliyindən qeyd edilib ki, müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri təşkil olunacaq.
url:
http://kepezfm.az/xeberler/f%C3%BCzuli-la%C3%A7%C4%B1n-v%C9%99-z%C9%99ngilanda-h%C9%99rb%C3%A7il%C9%99rin-z%C9%99f%C9%99r-y%C3%BCr%C3%BC%C5%9Fl%C9%99ri-ke%C3%A7iril%C9%99c%C9%99k