"Fərhadın heykəli" gələn il ucaldılacaq
Ağdam şəhər mərkəzi parkında yerləşdiriləcək "Fərhadın heykəli" üzərində işlər davam edir.Bu barədə Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəliyindən bildirilib. Xalq rəssamı Tokay Məmmədovun orijinal eskizi əsasında hazırlanan layihə Ağdamın simvollarından birini əbədiləşdirəcək. Heykəlin gələn il ucaldılması nəzərdə tutulur.
url:
http://kepezfm.az/xeberler/f%C9%99rhad%C4%B1n-heyk%C9%99li-g%C9%99l%C9%99n-il-ucald%C4%B1lacaq