Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən ilk azərbaycanlı olub
Türkiyənin Antalya şəhərində keçirilən Avropa Kamandan Oxatma Federasiyasının XX Konqresində Azərbaycan Kamandan Oxatma Federasiyasının (AKOF) baş katibi Fərid Xəlilov komitə üzvü seçilib.O, səsvermənin ilk turunda tələb olunan səs sayını toplayaraq qurumun komitəsinə seçilən ilk Azərbaycan təmsilçisi kimi tarixə düşüb. Konqresdə Avropanın 38 ölkəsinin nümayəndələri iştirak ediblər.
url:
http://kepezfm.az/xeberler/f%C9%99rid-x%C9%99lilov-avropa-kamandan-oxatma-federasiyas%C4%B1n%C4%B1n-komit%C9%99sin%C9%99-se%C3%A7il%C9%99n-ilk-az%C9%99rbaycanl%C4%B1

