FHN-dən küləkli və yağıntılı hava ilə bağlı xəbərdarlıq edib
Fövqəladə Hallar Nazirliyi noyabrın 25-də gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində güclü külək, intensiv yağış və şimşək gözlənilir. Bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi proqnozlaşdırılır. FHN güclü külək zamanı reklam lövhələrindən, elektrik dirəklərindən və hündür ağaclardan uzaq durmağı, intensiv yağış zamanı isə sel və subasma təhlükəsi olan ərazilərə yaxınlaşmamağı tövsiyə edir.
url:
http://kepezfm.az/xeberler/fhn-d%C9%99n-k%C3%BCl%C9%99kli-v%C9%99-ya%C4%9F%C4%B1nt%C4%B1l%C4%B1-hava-il%C9%99-ba%C4%9Fl%C4%B1-x%C9%99b%C9%99rdarl%C4%B1q-edib

