FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Noyabrın 7-si axşamdan 8-i səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, güclü külək əsəcəyi, yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır. Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
url:
http://kepezfm.az/xeberler/fhn-g%C3%B6zl%C9%99nil%C9%99n-hava-%C5%9F%C9%99raiti-il%C9%99-%C9%99laq%C9%99dar-%C9%99haliy%C9%99-m%C3%BCraci%C9%99t-edib-0