FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi güclü külək və leysan yağışlar barədə əhaliyə xəbərdarlıq edib. Nazirlik bildirir ki, bu axşamdan sabahadək bəzi bölgələrdə güclü külək, leysan, sel və şimşək gözlənilir. Qurum vətəndaşlara təhlükəsizlik qaydalarına əməl etməyi, külək zamanı tikililərdən, ağaclardan və elektrik xətlərindən uzaq durmağı, sel təhlükəsi olan ərazilərdən kənarda qalmağı tövsiyə edir. Həmçinin, ildırım zamanı elektrik cihazlarını şəbəkədən ayırmaq və açıq havada təhlükəli obyektlərdən uzaqlaşmaq məsləhət görülür.
url:
http://kepezfm.az/xeberler/fhn-qeyri-sabit-hava-%C5%9F%C9%99raiti-il%C9%99-ba%C4%9Fl%C4%B1-%C9%99haliy%C9%99-m%C3%BCraci%C9%99t-edib

