FHN və DYP "Son zəng"lə bağlı avtonəqliyyat vasitələri sürücülərinə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi “Son zəng” günü ilə əlaqədar məzunlara və valideynlərə müraciət edib. Sürücülük hüququ olmadan nəqliyyat vasitələrinin idarə edilməsi və avtomobillərin belə şəxslərə verilməsi ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.Skuterlər, mopedlər və motosikletlər də yalnız qanunvericiliyin tələblərinə uyğun şəkildə idarə edilməlidir. Valideynlər övladlarının təhlükəli davranışlarının qarşısını almağa çağırılır.Eyni zamanda Fövqəladə Hallar Nazirliyi də sürücülərə müraciət edərək “Son zəng” günlərində yollarda operativ xidmət avtomobillərinə yol verilməsini, avtomobillərin yalnız qaydalara uyğun parklanmasını xatırladıb.
url:
http://kepezfm.az/xeberler/fhn-v%C9%99-dyp-son-z%C9%99ngl%C9%99-ba%C4%9Fl%C4%B1-avton%C9%99qliyyat-vasit%C9%99l%C9%99ri-s%C3%BCr%C3%BCc%C3%BCl%C9%99rin%C9%99-m%C3%BCraci%C9%99t-edib

