Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Sonuncu cavab matçında "Neftçi" "Sumqayıt"ı qəbul edib. Qarşılaşma heç-heçə başa çatıb - 1:1. Sumqayıtdakı ilk matçda rəqibini 3:2 hesabı ilə üstələyən "Neftçi" yarımfinala yüksəlib. Komanda bu raundda "Qarabağ"la üz-üzə gələcək.
url:
http://www.kepezfm.az/xeberler/futbol-%C3%BCzr%C9%99-az%C9%99rbaycan-kubokunda-14-final-m%C9%99rh%C9%99l%C9%99sin%C9%99-yekun-vurulub