Gömrük bəyannaməsi edənlərin nəzərinə: Bu gündən yeni qayda qüvvəyə mindi
Dövlət Gömrük Komitəsinin “Smart Customs” platformasında elektron ticarət bəyannamələrinin təqdim olunması qaydasında dəyişiklik edilib.Qərara əsasən, artıq vətəndaşlar FİN və şifrə ilə sistemə daxil olaraq “Elektron Ticarət Bəyannaməsi” xidmətindən istifadə edə bilməyəcəklər.Bundan sonra giriş yalnız üç elektron identifikasiya vasitəsi ilə mümkün olacaq. Bunlar “ASAN İmza”, “SİMA” və “MyGov QR” xidmətləridir. FİN və şifrə ilə “Smart Customs” və “e.customs.gov.az” sistemlərinə giriş imkanı saxlanılır.Rəsmiləşdirmənin daha sürətli aparılması məqsədilə vətəndaşlara bu elektron identifikasiya vasitələrindən birini əvvəlcədən əldə etmək tövsiyə edilir.
url:
http://kepezfm.az/xeberler/g%C3%B6mr%C3%BCk-b%C9%99yannam%C9%99si-ed%C9%99nl%C9%99rin-n%C9%99z%C9%99rin%C9%99-bu-g%C3%BCnd%C9%99n-yeni-qayda-q%C3%BCvv%C9%99y%C9%99-mindi

