Göyçayda toya gələn qonaqlardan ikisi ölüb
Göyçayda toya gələn qonaqlardan ikisi ölüb. Rayonun Şahsoltanlı kənd sakini şənliyin keçirildiyi mərasim zalına çatan zaman özünü pis hiss edib. Yaxınları tərəfindən xəstəxanaya çatdırılan Tünzalə Məhiyevanın həyatını xilas etmək mümkün olmayıb. Hadisədən bir neçə saat sonra eyni toya dəvət alan 37 yaşlı Vilayət Məmmədov da özünü pis hiss etdiyi üçün xəstəxanaya aparılıb və orada vəfat edib. Hər iki şəxsin ürəktutmasından dünyasını dəyişdiyi bildirilir.
url:
http://www.kepezfm.az/xeberler/g%C3%B6y%C3%A7ayda-toya-g%C9%99l%C9%99n-qonaqlardan-ikisi-%C3%B6l%C3%BCb