Göygöldə ağır yol qəzası olub, ölən var
Şəmkirdən Bakı istiqamətinə sərnişin daşıyan "Mercedes Vito"markalı mikroavtobusun Göygöl rayonunda yük maşını ilə toqquşub. Nəticədə Şəmkir sakini, 1981-ci il təvəllüdlü Duman Abdullayev ölüb. Hadisə zamanı habelə Şəmkir rayon sakinləri, 6 nəfər xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri orta-ağır və ağır qiymətləndirilir. Xaçmazda isə "Mercedes-Sprinter" avtomobili yolu keçən 1985-ci il təvəllüdlü Kamran Həsənovu vurub. Piyada aldığı xəsarətlərdən ölüb. Faktlarla bağlı araşdırma aparılır.
url:
http://www.kepezfm.az/xeberler/g%C3%B6yg%C3%B6ld%C9%99-a%C4%9F%C4%B1r-yol-q%C9%99zas%C4%B1-olub-%C3%B6l%C9%99n-var