Göygöldə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
Göygöldə kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişafına dair 2026–2030-cu illər üzrə Dövlət Proqramının icrasına həsr olunmuş regional müşavirə keçirilib. Müşavirədə aqrar sektorda məhsuldarlığın artırılması, müasir suvarma texnologiyalarının tətbiqi, fermerlərə dövlət dəstəyi və ixrac potensialının genişləndirilməsi məsələləri müzakirə olunub. Tədbirdə proqramın yerlərdə səmərəli icrası üçün dövlət qurumları və fermerlər arasında koordinasiyanın vacibliyi vurğulanıb.
url:
http://kepezfm.az/xeberler/g%C3%B6yg%C3%B6ld%C9%99-aqrar-sah%C9%99d%C9%99-yeni-d%C3%B6vl%C9%99t-proqram%C4%B1n%C4%B1n-m%C3%BCzakir%C9%99si-il%C9%99-ba%C4%9Fl%C4%B1-regional-m%C3%BC%C5%9Favir%C9%99

