Göygöldə maskalı şəxslər fermadan 62 baş qoyun oğurlayıb
Göygölün Hacıməlik qəsəbəsində gecə saatlarında maskalı şəxslər 62 baş xırdabuynuzlu heyvanları oğurlayaraq naməlum istiqamətə aparıblar. Təsərrüfat sahibi Mahir Tağıyev bildirib ki, oğurluq hadisəsi təhlükəsizlik kameralarına düşüb. Faktla bağlı araşdırma aparılır.
url:
http://kepezfm.az/xeberler/g%C3%B6yg%C3%B6ld%C9%99-maskal%C4%B1-%C5%9F%C9%99xsl%C9%99r-fermadan-62-ba%C5%9F-qoyun-o%C4%9Furlay%C4%B1b

