Güləşçilərimiz dünya çempionatında 5 medal qazanıblar
Kişi güləşçilərdən ibarət Azərbaycan millisi Bakıda keçirilən hərbçilər arasında dünya çempionatının üçüncü gününü 5 medalla başa vurublar. Yığma 3 qızıl, 2 bürünc medala sahibi olublar. Bununla da komandanın dünya çempionatında qazandığı medalların sayı 18-ə çatıb. Yarış dekabrın 3-dək davam edəcək.
url:
http://www.kepezfm.az/xeberler/g%C3%BCl%C9%99%C5%9F%C3%A7il%C9%99rimiz-d%C3%BCnya-%C3%A7empionat%C4%B1nda-5-medal-qazan%C4%B1blar