Güləşçilərimiz Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
Azərbaycanın yunan-Roma güləşi üzrə millisi Göygöldə növbəti təlim-məşq toplanışına başlayıb. Bu gün startı verilən hazırlıq prosesi fevralın 8-dək davam edəcək. Həm fiziki, həm də taktiki-texniki çalışmaların yer alacağı təlim-məşq prosesi qarşıdakı nüfuzlu yarışlara, o cümlədən fevralın 25-dən martın 1-dək Albaniyanın paytaxtı Tiranada keçiriləcək reytinq turnirinə hazırlıq xarakteri daşıyır.
url:
http://kepezfm.az/xeberler/g%C3%BCl%C9%99%C5%9F%C3%A7il%C9%99rimiz-g%C3%B6yg%C3%B6ld%C9%99-n%C3%B6vb%C9%99ti-t%C9%99lim-m%C9%99%C5%9Fq-toplan%C4%B1%C5%9F%C4%B1na-ba%C5%9Flay%C4%B1blar

