Güzəştli mənzil almaq adı ilə vətəndaşların pulunu ələ keçirən şəxs həbs edilib
Özünü Mənzil İnşaatı Dövlət Agentliyinin vəzifəli şəxsi kimi təqdim edərək vətəndaşların pulunu ələ keçirən Mirdaməd Əzizov məsuliyyətə cəlb olunub. Baş Prokurorluqdan bildirilib ki, sözügedən qurum tərəfindən vətəndaşlara güzəştli şərtlərlə mənzil almalarını təmin edəcəyi barədə yalan vədlər verib saxta sənədlər təqdim etməklə həmin şəxslərin külli miqdarda pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib. Mirdaməd Əzizovun barəsində həbs qətimkan tədbiri seçilib.
url:
http://www.kepezfm.az/xeberler/g%C3%BCz%C9%99%C5%9Ftli-m%C9%99nzil-almaq-ad%C4%B1-il%C9%99-v%C9%99t%C9%99nda%C5%9Flar%C4%B1n-pulunu-%C9%99l%C9%99-ke%C3%A7ir%C9%99n-%C5%9F%C9%99xs-h%C9%99bs-edilib