Gəncə Avtomobil Zavodu yeni layihəyə başlayıb
Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi həssas qrupdan olan yeniyetmələrin məşğulluğuna dəstək məqsədilə yeni sosial layihəyə start verib. Belə ki, 4 saylı uşaq evi sosial xidmət müəssisəsi ilə imzalanan niyyət sazişinə əsasən yetkinlik yaşına çatan yeniyetmələrin işlə təminatı razılaşdırılıb. Artıq uşaq evinin üç yetirməsi ilə yarımştat əsasında rəsmi əmək müqaviləsi bağlanıb.http://kepezfm.az/xeberler/g%C9%99nc%C9%99-avtomobil-zavodu-yeni-layih%C9%99y%C9%99-ba%C5%9Flay%C4%B1b
url:
http://kepezfm.az/xeberler/g%C9%99nc%C9%99-avtomobil-zavodu-yeni-layih%C9%99y%C9%99-ba%C5%9Flay%C4%B1b

