"Gəncə" Basketbol Liqasında ilk ev oyununa çıxacaq
Sabah "Gəncə" Azərbaycan Basketbol Liqasının cari mövsümündə ilk ev matçına çıxacaq. IV turun oyunları çərçivəsində komanda doğma meydanda "Xırdalan" ilə qarşılaşacaq. Gəncə Olimpiya İdman Kompleksində keçiriləcək görüş saat 14-də başlayacaq.
url:
http://kepezfm.az/xeberler/g%C9%99nc%C9%99-basketbol-liqas%C4%B1nda-ilk-ev-oyununa-%C3%A7%C4%B1xacaq