Gəncə Futbol Akademiyasının açılış tarixi müəyyənləşib
Gəncə Futbol Akademiyasının binası yanvarın 11-də istifadəyə veriləcək. Həmin gün saat 14-də bununla bağlı tədbir keçiriləcək. Açılışda AFFA prezidenti Rövnəq Abdullayev, milli assosiasiya rəsmiləri, eləcə də Gəncə futbol ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər. Gəncə Futbol Akademiyası AFFA-nın dəstəyi ilə inşa edilib.
url:
http://www.kepezfm.az/xeberler/g%C9%99nc%C9%99-futbol-akademiyas%C4%B1n%C4%B1n-a%C3%A7%C4%B1l%C4%B1%C5%9F-tarixi-m%C3%BC%C9%99yy%C9%99nl%C9%99%C5%9Fib